Fuad bəy ilə müsahibəmiz çox asan oldu desək yalan olar.Displin və vaxt mövzusunda həssas olan Fuad nəhayətki telefon əlaqəsindən sonra bizə vaxt ayıracağını bildirdi.Fuad bəy hazırda "Blackstreet" -in qurucusu olmaqla yanaşı bir çox lahiyələrdədə yer almaqdadır.Çox uzatmadan blogger Səbinə Abdullayevanın aldığı müsahibəni sizlərə təqdim edirik :
1) 1) Bu işə necə başlamağı qərar verdiz?
-Bu mənim daha üniversitet vaxtlarıma təsadüf edir,
insanların o vaxtı qara şalvar və ağ köynək geyindiyi zamanlar idi. Amma yeni gənçlər
gəlir di ki, onların dəyişik ürünlərə və tərzə ehtiyacları var idi. Belə geyimlər
tapmaq çox cətin idi. Və bununla bərabər tərzi yaratmaq problemləri olurdu. Biz
o zamanlar yola cıxanda düşünürdük ki insanlara istədiklərini verə bilək, və
kompleksi çox az olan bir kütlə yığaq və kompleksləri qıraq. Xatırlayıram yaşıl
şalvar varımız idi mən birinci dəfə geyinib şəhərə cıxdım ki insanlar başa
düşsün ki kişidə yaşıl şalvar geyinə bilər. Hətda qızlar belə mənimlə
zarafatlaşırdı ki kişi yaşıl şalvar geyinib :).
2) Niyə məs blackstreet adı ilə marka yaratdız?
-Burada bir intuisiyam var, mən adı seçmişəm şirkətim üçün o
hiss edirdim ki gələcəkdə kücə tərzləri daha çox geyiniləcəkdir. Və bu tərz ilə
bağlı idir ki biz bu adı secdik.
3)Yeni tərz geyimlər dizayn etdikdə tərəddüd edirdinizki
insanlar bəyənər bəyənməz?
-Əlbətdə bütün yeniliklərdə tərəddütlər olur, lakin xarakter
olaraq ki mən nələrisə dəyişəməyə və yaratmağa maraqlıyam. Sadə və hər kəsin edəcəyi
işlər çox həzz vermir mənə. Məni həyacanlandıran işlər elə yeniliklərdir və
risk almalardır.
4)Bu işə başlayan da çətinlikləriniz oldu?
-Təbii bütün işlər kimi bu işdə də çətinliklər oldu. Birinci
işimizin ən böyük çətinliyi maddi çətinlik idi.
5) Öz özünüzə ne zamansa demsizki mən bu işi başardım artıq uğur əlde etdim?
-Hələ
elə bir vaxt olmayıb acıqcası.
6) Özünüzə rəqib
gördüyünüz marka var ?
-Rəqib deməyim, mən rəqiblərə enerji xərcləməkdənsə,
daha cox müşdərimə böyük enerji xərcləməliyəm
deyə bir fəlsəfəm var. Rəqiblər bizi yönətməməlidir. Biz müşdərilərimizə
baxmalıyıq
7)Ruhdan düşdüyünüz zaman özünüzə necə motivasiya verirsiz?
-Acığı bu hec olmayıbdır.
8)Bu işə başlayanda ətrafınızdakı
insanlar sizə dəstək olurdular?
-Ətraf deyəndə kimlər bura aiddir, təbbi birinci olaraq kimsə
güvənmir özünüzü sübut edənə kimi işlərinizlə bu problemlər olur.
9) İşinizdə ən çox nəyə diqqət edirsiz?
-Disiplin və komanda işinə.
10)Mənim bildiyimə görə siz
təkcə geyim sahəsi ilə deyil qida sahəsi ilə də məşğul olursuz özünüzün
restoranları var ,bəs bu qədər işi necə idarə edirsiz necə vaxt bölgüsü
edirsiz?
-Cox işləməklə cox şeyə qadir olmaq olar, lakin bu sadəcə
işləməklə də deyil düzgün komanda ilə olmaq və yönətməklə olacaqdır.
11) İlk mağazanızı açdığınız an nə hisslər keçirdiz
düşünürdünüzmü işlərinizdə bu qədər irəliləyəcəksiniz?
Acığı mən hər zaman
gördüyüm işə inanmışam, inanmadığım hec bir işə girmədim. Mənim işə inancım sonsuz
olur. Belə olanda işlərdə tutur İşə sonsuz inanmağımız lazımdır
12) Sizcə tək başına uğur qazanmaq yoxsa komanda ilə?
Artiq tək başına uğur qazanmaq sözü tarixə qovuşur deyə bilərəm!
Bütün uğurlu işlərin arxasında komanda durur və mən bütün işlərdədə komanda ilə
girirəm və hal hazırdada güclü komandam vardır! Onlara hər zaman təşəkkür edirəm.
13)Gənclərimizin tərzində bəyəndiyiniz və ya bəyənmədiyiniz
nələr var?
Bu geniş mövzudur qısa necə cavab verim onu tam bilmirəm.
Amma gənclərimizə deyə bilərəm ki, sizin geyiminizin gözəl olması ətrafdan daha
cox sizə kömək olur! Gözəl özünə güvənli geyinən insanlar daha cox dominantlıq
edə bilir
14)Gələcəkdə bu sahə
üzrə planlarınız nədir ?
Daha cox böyümək və ətraf ölkələrə yayılmaq və istehsalatımızı
genişləndirmək. Bazarın bizi deyil bizim bazarı idarə etməsinə nail olmaq
15) Bu işə yeni
başlayan gənclərə hansı tövsiyyələri verə bilərsiz?
Cox araşdırın, cox oxuyun, və sahəni bilənlərlə əlaqələrinizi
əla tutun
Son olaraq bizə vaxt ayırıb suallarımızı cavabsız qoymadığı üçün Fuad bəyə ModaMillon komandası adından dərin təşəkkürümüzü bildirik və inanırıq ki gələcəkdə Fuad bəyin yeni uğurları barədə birdaha müsahibə almaq məcburiyyətində qalacayıq.Təbiki buda sevindirici haldır...
Müəllif : Səbinə Abdullayeva
0 Yorumlar