Ticker

6/recent/ticker-posts

Hansı Geyim Tərzi Sizə Uyğundur?

 


Əgər siz yaxşı bir geyim tərzinə  sahib olmaq istəyirsizsə ilk növbədə öz bədəninizi tanımalısız və özünüzə güvənməlisiz. Özünə inam özünüzü ifadə etməyin ən yaxşı yoludur. Belə halda geyindiyiniz geyim belə əyninizdə gözəl durur.Bəs necə geyinməliyik? Nece stil sahibi ola bilərik?Bu suallara cavab tapmaq üçün ModaMillion” stil haqqında olan tövsiyyələrinə nəzər salaq.


1.İdman geyim tərzi

Əgər rahatlığı sevirsinizsə idman tərzi tam sizə görədir.Artıq 2020-ci ildə idman geyimləri dəbə cevrilmişdir.Bunlara aiddir: futbolka,topik,lasin, idman stilli enli şalvarlar, köpürdülmüş  gödəkçələrdir.Bu geyimləri sport çantalarla, geyiminizə uyğun sport ayaqqabilarla kombin edə bilərsiz.

Həmçinin klassik və sport tərz geyimləri qarışdırıb daha fərqli və modern görünüm əldə edə bilərsiz.

2.Feminem geyim tərzi

Xanımı xanım kimi hiss etdirən tərzdir.Bu geyim tərzi ilə siz şık və olqun görüntü əldə edəcəksiz.Feminəm geyim tərzi qadın xəttlərini vurğulamaq üçün istifadə olunur.Tərz daha cox gündəlik tərzdir. 



Bəs bu tərzi necə yarada bilərik?

1.Daha çox diz üstü və yaxud mini ətək

2.Gündəlik tərz olmağına baxmayaraq incə dikdaban ayaqqabılar

3. Zərif və şık zinət aksessuarları

4.Güllü və ya xırda dizaynlı geyimlər və s.



3.Casual geyim tərzi

Bu tərz geyim həm rahatlığı həm də şıklığı özündə birləşdirir.Daha çox iş qadınların üstünlük verdiyi bu casual tərz sadə görünməsinə baxmayaraq cox fərqli kombinlər edə bilərsiz məsələn:bəyaz köynəklərin üzərinə svitr geyinib cins,dəri və ya fərqli rəngli  şalvarla kombin edə bilərsiz.Zövqünüzə və geyiminizə uyğun olaraq aksesuarla da bəziyə bilərsiz.Bu tərz geyimlərdə istəsəz stiletto ,sport ayyaqqabı və babetlərə də  üstünlük verə bilərsiz.

 

4.Elegant geyim tərzi

Elegant zərif geyim tərzi ilk növbədə sadəliyi və zərifliyi ifadə edir.Ən çox özəl dəvətlərdə,ziyafətlərdə,ofis tərzində tez-tez istifadə olunur. Hər dövrə uyğunlaşan klassik geyimlərdən biridir.

 

Bəs necə Elegant geyinə bilərik?

  • 1.    Klassik paltar, ətək, şalvar və köynəklərlə uyğunlaşdıra bilərsiz.
  • 2.    Ən cox sadə zərif və bir rəng olan donlardan istifadə edin
  • 3.    Şık və zərif paltarları zərif çantalar və ayaqqabılarla birləşdirin


5.Bohem geyim tərzi

Əgər deyirsiz ki ,yox mən daha fərqli olacam diqqəti üstümə çəkəcəm və həm də tərz görünəcəm .Onda bohem geyim tərzi tam sizə görədir.

Bohem geyim tərzini yaratmaq istəyirsizsə qarderobunuzda bol isti tonlarda rənglər olmalıdır!Ən coxda qırmızı və sarı tonlar. Bohem tərzində də rahatlığa üstünlük verilir









Kombin edərkən  salaş parçalara üstünlük verin, dar , krujeva və tül ilə bəzədilmiş paltarladan uzağ durun.Cünki bu tip geyimlər daha çox feminem tip geyimlərə aid olur və Bohem tərzlə uyğunlaşmır.




Müəllif : Səbinə Abdullayeva

Layihə : Rəhbəri  S.Guliyef    








Yorum Gönder

0 Yorumlar