Ticker

6/recent/ticker-posts

JEANS necə yarandı?

 


Gündəlik həyatımızda ən çox geyimlərimizdə cins şalvarlardan istifadə edirik.Çünkü həm çox rahat həm də hər bir geyim tərzi ilə  kombin edə bilirik. Hər birimizin qardirobunda bir ən az dəst belə olsa cins şalvar mövcuddur.Cins elə bir geyim tərzidir ki, hec vaxt dəbdən düşməməsi kimi ,əksinə hər ilin dəbinə uyğun olaraq cinss şalvarların modelləri dəyişir. Bəs heç fikirləşmisiz ki, jeans şalvarlar necə ,kim tərəfindən yaradılıb və tarixçəsi nədir?Gəlin bu məsələyə aydınlıq gətirək .. 


16-cı əsrdə cins İtalyanın Cenova şəhərində çıxarılır və sonra İngiltərədə məşhur olan bir parça növünə cevrilir.1800-cü illərdə Avropada populyar olan mavi cins, müasir Amerika kotları ilə eyni deyildi.

 Kaliforniyada, 1850-ci illərdə, Levi Strauss adlı bir Alman quru maddə alverçisi, yerli işçilərə mavi cins şalvar satdı. Levi Straussun Fransadan gələn mavi rənkdə və davamlı, pambıq denim parçasına Jacob Davisin  tapdığı tikiş tərzi  ilə bundan sonra cinslərin yarandığı deyilir.Yəni hər kəs Levi Straussu cinslərin ixtiraçısı kimi tanısa da, Jacob Davisin məhsula böyük töhfəsi var.II Dünya Müharibəsi zamanı fabriklərin, fəhlələrin və işləyən insanların simvolu olmaqdan çıxan cinslər, insanların günlük geyimlərində istifadə etdiyi bir tərzə çevrildi və artıq xalqın simvolu oldu. Fəhlələrdən varlılara qədər hamı geyinməyə başladı.

1950-ci illərə gəldikdə, James Dean kimi məşhur ulduzların cins şalvar geyindiyi bu trend kimi bütün dünyaya yayıldı və bu nöqtədən cins şalvar yüksəliş dövrünü yaşadı

.    

Hər sahədə olduğu kimi, bir çox marka cins sahəsində rəqabətə girdi. Bəs dünyada ən keyfiyyətli cins markaları hansılardır? Gəlin bir neçəsinə bir yerdə nəzər salaq.

1) Levis

Təbii ki ,birinci,bayaq haqqında bəhs etdiyimiz Levi Strauss & Co şirkətidir.Bu şirkətin məhsulları keyfiyyəti və davamlığına görə dünayada hələdə liderdir.











2) GAP

Gap, 1969-cu ildə Donald Fisher və Doris F. Fisher tərəfindən San Francisco, California-da yaradılmışdır..  2008-ci ilin sentyabr ayından etibarən şirkətin təxminən 135.000 işçisi var və dünya miqyasında 3.727 mağaza fəaliyyət göstərir, bunlardan 2.406-sı ABŞ-da yerləşir

Yüksək qiymətləri ilə tanınan Gap yarandığı gündən bu günəcən  möhtəşəm cinslər istehsal edir.




3) Diesel

Diesel, çox məşhur bir İtalyan denim markasıdır, Avropanın ən populyar və ən uğurlu cins markalarından biridir.









Diesel-in qurucusu Renzo Rosso-dur. Renzo Rosso yeniyetmə olarkən dəbə maraq göstərməyə başladı. Anasının tikiş maşınını borc götürdü və ilk cinsini tikdi.Amma onun tikişində problemlər vardı. Bəlkə də cins şalvar düzəltməkdə o qədər də yaxşı deyildi, amma satışa çıxarıb dizayn edə bilmək üçün əyani fikirlərə sahib idi.









4) Mavi

Qardaş ölkə Türkiyədə Ən populyar cins markalarından olan Mavi son illərdə daha çox ön plana çıxdı.

Mavi markası, 1991-ci ildə İstanbulda quruldu. Avstraliya, Rusiya, ABŞ, Almaniya və Türkiyə daxil olmaqla 50 ölkədə fəaliyyət göstərir. Ümumilikdə 315 filial var.Reklam kliplərində Adriana Lima, Kıvanç Tatlıtuğun Barbara Palvin, Seranay Sarıkaya,Francisco Lachowski və s məhşurların yer aldığı marka, Almaniyanın ən yaxşı cins markası seçildi.

5) Colins

Colins cins markasının qurucusu Nurettin Eroğlu'dur. Nurettin Eroğlu Geyim həyatına ilk dəfə İstanbulda başlayır öz işini 1983-cü ildə qurur.

Eroğlu, ilk “kulis” markası ilə başlayır. Ancaq  daha sonra markanın adını Colins qoymağa qərar verir.


Çünki o gündən etibarən xaricə getmək fikri var idi və gələcəkdə ad problemi yaşamaq istəmirdilər.








Bu gün Colins markasının əksər ixracatı Rusiyaya edilir. 20 milyondan çox satış etdiklərini bildirən şirkət, xüsusilə də Rusiya bazarında çox inkişaf etdiklərini bildirir.

Bu gün 300-dən çox ə satış edə bilən Colinin, 4500-ə yaxın işçisi var.





 Müəllif : Səbinə Abdullayeva

Layihə rəhbəri : S.Guliyef





Yorum Gönder

0 Yorumlar