Ruslan Mamedovdan çox geniş həcmli giriş vermək istərdim çünki özünün bəlkədə ən öncül izləyicilərindənəm, çünkü Ruslan bəyin gördüyü işlər və işinə yanaşma üslubu hər zaman diqqət mərkəzimdə olub lakin Ruslan bəyin səmimiyyəti müsahibə zamanı verdiyi dolğun cavablar bizi çox da geniş bir giriş hissə yazmaq şansından məhrum etdi.Sizə məhz o səmimiyyət dolu müsahibəmizi təqdim edirik...
1) Ruslan bəy sizi
yaxından tanıyaq. Necə oldu ki, məhz biznes qurmaq qərarına gəldiniz?
- Mən hələ işçi olan vaxtı istəyərdim ki, daha çox satış edim , daha çox inkişaf edim. İşçi olan vaxtı marketinqdə , reklamda nəsə bir fikirlər olur onları reallaşdırmaq istəyirisiz və düşünürsüz ki , onlar sizi daha da inkisaf etdirəcək , daha da böyük maraqla, trafiki daha da gücləndirəcək. Misal üçün hansısa bir sizin deyək müdürünüz , ya hardasa işləyirsiniz onların fikrine gore bu proaktiv olmayacaq bir fikirdir. O sıxıntıları yaşıya yaşıya axır qərara gəldim ki, yox mən başqa düşüncədə olan insanam , yanılsamda nə olsada onları etməliyəm . Öz biznesimi quracam deyib inanıb basladım
2) Bir müsahibədə qeyd
etmişdiniz ki, universitetə qəbul olmağım, lacoste’də işə daxil olmağım
inanılmaz idi. Şansa inanırsınızmı?
- Şans ola bilər, hər kəsə bir şans verilir amma belə bir söz deyim sizə, bir dəfə, iki dəfə , üç dəfə , on dəfə o artıq sans deyil, o artiq bacarıqdır.Samuray kimi arxası ilə getmək lazımdır . İnsanda şans ola bilər amma həmişə yox, negativ olanı pozitiv düşünüb uğuruna inanmaq lazımdır.
3) Sizcə geyim brendi qurmaq üçün bu sahədə
ixtisaslaşmaq lazımdır ya anadan gəlmə bacarıq olmalıdır?
-Bu sahədə təbii ki, özəy olmalıdır. Mən özüm Bakı Biznes Üniveristeti maliyyə və krediti bitirmişəm. Sadəcə bu işdə digər işlər kimi sevgi ilə olmalıdır. Biz isə inkişaf edib , maksimal dərəcədə öyrənməliyik. Heç vaxt ara verməməliyik. Ruslar demiş " Bir əsr yaşa, bir əsr öyrən" yəni inkişaf elə, yeni idealar əlavə elə sahənə. Gines rekordlar kitabı necədir? Onlar daima dəyişir və inkişaf edirlər
1. 4) İlk kolleksiyanız neçə
müddətə ərsəyə gəldi?
- Müddət olaraq çox tez oldu yeni ilk mərhələlərdə hər şeyi ideallaşdırmaq lazim deyil. Beləki 80% varsa başlayın əks halda siz onu nə qədər ideallasdırsaz işiniz o qədər də uzanacaq. Hər bir işdə risk etmək lazımdı, sonra isə ideala dogru getmək..
5) Bu sferada öz biznesini qurmaq istəyən gənclərə
tövsiyyələriniz nələrdir?
- Bu sfera çox gözəl sferadır. Tələb olunan sferadır, maraqlıdır, kreativdir. Hər sahənin öz marağı var. İdeallardan qorxmayın , yeni nəfəsdən qorxmayın və axrına kimi gedin alınmasa belə gedin. Mənim özümdə də bəzən problemlər olub ancaq bunlara baxmayaraq ara vermədim . Bu sahadə rəqabət var ama böyük tələbatda var. Yəni mənfiləri yox, müsbətləri görün ve onun üzərində işləyin..
1. 6) “Uğurun ardınca gələn
çox olar” deyiblər, bəz siz ilk başlayanda bacara bilməzsən , edə bilməzsən deyənlər
olurdumu? Olurdusa özünüzü necə motivasya edirdiniz?
- Təbii ki o sözələri deyirdilər. Hətta ilk mağazanı devalvasya vaxtı açdım. Təbiki normal insan deyərdiki "xalq mağazaları bağlayır , sən niyə açırsan?" Ama mən buna inanırdım . Belə bir söz deyim sizə nə dərəcə çətindirsə o qədər də maraqlıdır. Rahat məhsulu hamı istəyə bilir. Ancaq siz o dərəcə kreativ olun , güclu olun ki, özünüz göstərin ki , mən bunu bacarıram. Mən daha güclüyəm. Mənim böyük motivasyam ailəm olub . Mənim həyat yoldaşım , valideyinlərim həmişə məni dəstəkləyib.
7) Əgər biznes
qurmasaydınız, özünüzü hansı sahədə görmək istərdiniz?
- Men onsuzda biznes quracaqdım. Mən hər sahə ilə məşğul ola bilərdim.Sadəcə bu sahə mənə daha doğmadır.
8) İlham aldığınız biri varmı?
- O insanlar ki, hansı ki sübut elədi alınmaz işləri alındırdı mənfiləri qaldırıb çempiyon oldular . Necə ki, idmançılar. Misal üçün Məhəmməd Əli . Onada negativ fikirlər deyilirdi , inanmırdılar ancaq o insan dayanmırdı. Hər bir işdə sizin daxilinizdə ambisyanız güclüdürsə siz bir nömrə olacaqsınız.
9) Sizcə, kostyumu tamamlayan ən əsas detal nədir?
- Kostyumda hər bir detal , hər bir hissə önəmlidir.hər şey orda ideal olmalıdır. Nəyisə seçməli deyilik belə olsa biz hansısa bir hissəni seçsək digərini unudacayıq oda bizim keyfiyyətimizi tərpədəcək. Hər şey önəmlidir
10) Baxarkən logonuz diqqətimi çəkdi , xüsusi bir
mənası varmı?
- Bəli var. O vaxtlar spartalılara baxanda zövq alardım . Necə ki 300 spartalı əzmkar idi, uğurlarına inanıb və sonuna kimi gedirdilər tək bir nəfər qalanadək. Onların da xüsusi geyim tərzləri var idi. İndi iş adamının geyim tərzi məhz kostyumdur. Hara getsək istər müsahibə, istər iş görüşməsi və s. istər-istəməz ilkin olaraq vizual görünüşə önəm verirlər. Vizual görünüş nə qədər gözəl görünərsə özümüzü o qədər rahat hiss edirik. Usaq vaxtı zövq alırdım indi isə onu Mario Russoya logo edərək əbədiləşdirdim..
11) Hansı ölkə insanlarının geyim tərzlərini daha
çox bəyənirsiniz?
- Dəqiq deyə bilmərəm çünki hər bir ölkənin öz geyim tərzi , fərqli mədəniyyətləri var . Mən İtaliya olsun, istər Azərbaycan onlardan hardasa istifadə etməyi sevirəm və mənə xoş gəlir. İndi gənclərimizin 60-70% - i daha zövqlü geyinir. Azərbaycanlı olub, Azərbaycanda yaşayıb bunları görmək həqiqətən gözəl hiss etdirir.
12) Brendinizi ən yaxşı təsvir edən cümlə sizcə nədir?
- Çox gözəl sualdır. Bizdə bir şüar var " One Step Higher" yəni bir addım yüksək ancaq bu "Danilov"un şüarıdır əslində. Hələki bizi bir addım irəli çəkən məhz bizim gözəl keyfiyyət , gözəl servis ve gözəl qiymətdir
13) Rənglərin ahəngində ən çox üstünlük
verdiyiniz rəng hansılardır?
- Rəng olaraq siz bilsəniz ki, nə qədər çox maraqli rənglər var. Hər bədənin rənginə uygun rəng olmalıdır. Məhsuldan məhsula dəyişir. Bəzən daha tünd, bəzən daha parlaq rənglərdən istifadə olunur. Bu geniş mövzudur və buna cavab vermək üçün inanin bəlkədə ayrılıqda bir müsahibə vermək lazimdir..
14) Son olaraq, yeni üzərində çalışdığınız mövsüm geyimləri lahiyəsi varmı?
- Biz müstəriləri təcübləndirməyi, sevindirməyi sevirik. Buna görə də yeni istiqamətlər üzərində çalışırıq. Həm bəylərimizi ,həm xanımları, həm də uşaqları bizim gözəl , keyfiyyətli işlərlə çox yaxında sevindərəcəyik artıq bu məsələ üzərində işlər başlamaqdadır..
Və yenədə olduğu kimi bizə dəyərli vaxtını ayırıb bu şansı yaratdığına görə Ruslan bəyə ModaMillion komandası adından dərin təşəkkürümü bildirəm..
Təşəkkürlər...
Müsahibə : Saray Əlili
Lahiyə Rəhbəri : S.Guliyef
0 Yorumlar