1.Bizə biraz özünüz və Shan brendindən qısa məlumat verə bilərsinizmi?
-Mən bakalavr ve magistraturanı maliyye üzre bitirmişəm,lakin
moda sahəsine olan marağıma görə ailəmin də dəstəyi ile moda üzrə kurslar keçdim,istituto
Marangoni institunda,Amerikanin Mayami şəhərində və kursları bitirdikdən sonra
kolleksiyamı hazırlamağa başladım.
2.Bir mənalıdır ki, tez-tez geyimlər hazırlayırsınız, heç
olub ki, hazırladığınız geyim xoşunuza gəlməsin?Belə halda motivasiyaniz azalır
yoxsa eyni templə davam edir?
-ilk başlayanda hər insanda səhvlər ola bilər,ve bu əlbətdə ki,
motivasiyamın düşməyi anlamına gəlmir ,çünki fikrimcə insanlar
səhv qərarlar sayəsində inkişaf eləyir.
3.Shan markasının Azerbaijan Fashion Week həmçinin bu kimi digər tədbirlərdə iştirakınınşahidi olmuşuq.Bəs Şhan markası öz yeni kolleksiyasının təqdimatı üçün belə tədbir keçirməyi düşünür ?
-İlk iştirak etdiyim Rusiyanin Moskva şəhərinde “Mercedes
Benz Fashion Week” olub,daha sonra “Azerbaijan Fashion Week”də işirak etdik,əslinde
mən hal-hazırda üstünlük verirem bu kimi tedbirlərdə iştirak etmək,Kolleksiyanın
teqdimatının ayrica tedbir kimi
planlaşdırmaq fikrinə gəldikdə
isə hələki belə bir planımız yoxdur.Təbiki bu fikirlər yaxın gələcək üçün nəzərdə
tutulub, qarşıda nələr olacaq indidən demək çətindi.
4.Bugün Azərbaycanda modanı necə dəyərləndirirsiz? Bu
mövzuda düşüncələriniz nələrdir?
-Çox qürur vericidir ki, bugünkü gündə Azərbaycanda moda çox
inkişaf edib,yerli dizaynerlerimiz çoxalıb və mənim fikirimcə zövqlü və gözəl
geyimlər hazırlanır,xoşdu ki, belə inkişaf var.
5. 2021-ci il dəbi ilə əlaqədar sizdən biraz qabaqlayıcı
fikir ala bilərik?
-2021-ci ildə elə 2020-ci
ildə olan bəzi trendlər davam edir,maraq görsədilir saçaqlara,dəriyə,lateks,kesiklər
ve yarıqlar,ələklər və geyimlərdə əsas məqamı rahat və yüngül paltarlar rol
oynayır.
6. SHAN .Bu adın bir hekayəsi varmı? Niyə markanıza məhz bu
adı seçim elədiniz?
-Shan mənim adım,soyadım ve atamın adının ilk hərifləridir.Bir
necə ad barəsinde düşündük,və ən çox bəyəndiyim bu ad oldu və Azərbaycan dilində
mənasıda gözəl olduğu üçün buna qərar verdim.
7.Sizcə dizaynerlər arasında dostluq əlaqləri daha çox
olmalıdır yaxud rəqabət?
-Mənim çox tanışım var bu sahə üzrə və məncə dizayner arasında
dostluq və dəstək olmalıdır,biz hazırladığımız geyimlərlə ancaq brendimizi təqdim
etmirik,eyni zamanda dövlətimizi də təqdim edirik və dizaynerlər arasında
birlik olsa dünya modasında irəli getmək şansımız daha çox olar.Bunuda qeyd etmək
istəyirəm ki,rəqabət biznesin qaydasıdır,dostluq olsada bu qaçınılmazdır inkişaf
üçün.
8.Moda dünyasının içində olmaq sizə nələri qazandırdı?
-Moda ən əsası ətrafa
baxışımı dəyişdi,bu baxış tərzi məni ətrafı sadəcə görmək deyil ,ətrafdan ilham almağı qazandırdı. Və bu ideyalar yeni kolleksiya mı yaradır.Moda dünyasında səyahətlər
və yeniliklər görmək dahada ilhamlandırır.
9.Shukufe Abdullayeva hansı tərz geyimlərə üstünlük verir?
-Mən brendimdə hal-hazırda daha çox ziyafət geyimlərinə
üstünlük verirəm,özəl,həcimli və eyni zamanda rahat olmaqına önəm verirəm.Hər
bir xanım özəl və zövqlü görünmək istəyir,amma bununla birgə rahatlıqda olanda
daha gözəl zaman keçirir.
10.İş həyatınızda və özəl həyatınızda yaddaşınızdan silinməyən
önəmli fakt nə olub?
-Son bir il əslində özü yadda qalandı mənim üçün,çünkü moda
da yeni olmağıma baxmayaraq,bir neçə tədbirlərdə iştirak etmişik,və irəli getmək
məqsədi və istəyi motivasiyamı artırır,ən çox yaddaşda qalan məqamlar isə Mayamidə oxuduğum müddət və “Mersedes Benzdə
Fashion Week”də
kolleksiyamızın təqdimatı zamanı iştirak
etdiyimiz ərəfələri qeyd edə bilərəm.
11.ModaMillion bütün yerli dizaynerləri,marka sahiblərini və
moda sahəsində sözünü demiş
insanları bir araya gətirəcək bir tədbir keçirməsi fikrinə
münasibətiniz ?
-Çox maraqlı olardı və dizaynerlər arasında tanışlıq artardı.
12. Yaxın gələcəkdə hər hansı yenilikləri gözlənilirmi?
-Böyümək ve xarici bazara çıxmaq məqsədimiz var,yaxın
zamanda onu həyata keçirməyə çalışırıq.
13.Uğura gedən yol nədən başlayır?
-Müvəffəqiyyət əldə etmək istiqamətində qarşilaşdığı çətinliklərin
öhdəsindən gəlmək uğura gedən yoldur.
14.Son olaraq yeni başlayan və bu sahədə addımlamaq istəyən
oxuculara məsləhətiniz nədir?
-Bu sənətə başlayanda mütləq təhsilini almaq lazımdır ki,
daha əminliklə və tam hazır hiss edib başlasınlar.Yeniliklərə açıq olmaq
lazımdı və moda dünyası çox maraqlı ,çox şaxəlidir,motivasiyadan düşməsinlər
heç bir halda.Uğurlar arzulayıram yeni dizaynerlərimizə.
0 Yorumlar