Ticker

6/recent/ticker-posts

Xanımların Gücünə Şüphə Edilməməli...

 


Xanımlar çox güclü varlıqdır.Hansıkı bu faktı tarix belə təkzib etmir.Bizim mövzumuz  qadınlar və modadır.Təbii ki, qadınlar moda sahəsində də uğurlar əldə ediblər.Amma elə qadınlar var ki,moda sahəsində yeni əsri başladıblar.Bu qadınlar öz dövrünə uyğun olaraq  geyimlərdə yeni dəb ,yeni tərz yaradıblar.Gəlin bu güclü qadınları bir neçəsini  tanıyaq.

1) Donatella Versace 

 May 1955-ci ildə İtaliyada anadan olan Donatella Versace Gianni Versace'nin bacısıdır, 18 ildir İtalyan əfsanəsi Versace'nin rəhbərliyindədir.

Həyatda başına cox hadisələr gəlsədə hər zaman güclü bir qadın obrazını canlandırır. Donatella Versace, Milandakı özünün dizayn etdiyi iki mərtəbəli mənzilində yaşayır. 1997-ci Amerikalı Paul Becklə ailə həyatı qurur və bir neçə il sonra ayrılırlar və bu evlilikdən onların  Allegra adlı bir qızı və Daniel adlı bir oğlu dünyaya gəlir.


Donatella dərzi ananın və maliyyəçi atanın kiçik qızıdır.

Donatella, qardaşı Versace markasını qurduqdan bir müddət sonra Florensiyaya getdi. Universitetdə oxuyarkən böyük qardaşı Gianni Versace üçün moda məsləhətçisi olaraq da işə başladı. Gianni Versace üçün Donatella təkcə bacısı deyil, həm də ən yaxşı dostu və sirdaşı idi.



Donatella, Gianni'nin ilham mənbəyi idi. Gianni, Versace markasına gətirdiyi Donatella ruhunu mükafatlandırmaq üçün Versace Blond ətirini qardaşı Donatella'ya həsr etdi və Versace'nin Versus markasını yaratmağı dəstəklədi. Donatella Versace, dövrün "rock'n roll" ruhunu əks etdirən Versace Versus kolleksiyasını yaratdı. 


Versace-nin əsas memarı Donatellanın böyük qardaşı, 20-ci əsrin ən istedadlı modelyerlərindən biri olan Gianni Versace'dir. Gianni Versace'nin ölümündən sonra bütün məsuliyyəti öz üzərinə götürən Donatella Versace bu mirasa sahib çıxdı və markanı bu günə qədər böyük bir müvəffəqiyyətlə daşıdı.

Donatella; Madonna, Kate Moss, Ashton Kutcher, Britney Spears, Halle Berry, Lady Gaga kimi adları reklam kampaniyalarında istifadə edərək hər zaman Versace markasına diqqət çəkməyi bacardı.  Donatella Versace, Angelina Jolie'nin gəlinliyini də dizayn etdi Bir sözlə, Versace dünyanın ən çox qazanan, “ən zəngin” markasıdır!      


Madeleine Vionnet

Madeleine Vionnet 1876-cı ildə Parisdə anadan olub 1975-ci ildə isə vəfat edib. O da moda da  yaradan yaradıcı qadınlardan biri idi. Özünü bir dizayner kimi deyil, bir paltar ustası kimi tanınmağı üstün tuturdu. heykəltəraş olmağı xəyal edirdi.ancaq ailəsi olduqca kasıb idi və buna görə də kasıb ailələrdən olan bir çox Fransız qızları kimi məktəbə deyil tələbə kimi yerli dərziyə getdi.Məktəb təhsili belə olmayan Madeleine üçün böyük gözləntilər yox idi. 


17 yaşında onsuz da təcrübəli bir dərzi olan qızın Parisə köçməsi və Vincent moda evinə girməsi onun taleyini kökündən dəyişdirmədi.

Madam Vionne şəxsi həyatı haqqında cox bir şey bilinmir. Gəncliyində cox faciələr yaşamışdı və buna görədə özünü işinə vermişdir. 18 yaşında evləndiyi, bir qız dünyaya gətirdiyi və dərhal itirdiyi bilinir. Qızının ölümü ilə ailəsi dağıldı.

Belə vəziyyətlərdə Madeleine bir qərar verdi dili bilmədən  son pulu ilə İngiltərəyə yola düşdü.Madeline Cat Reilly atelyesində dərzi olaraq işə düzəldi. Madeleine sayəsində bir il içində  məşhulaşır və çiçəklənir. Ən böyük uğuru, Vionne tərəfindən Marlborough Hersoqluğunun gəlini üçün yaratdığı gəlinlik idi. 1906-cı ildə moda dizayneri Jak Düs Vionne'yi köhnə kolleksiyasını yeniləməyə dəvət etdi. Madeline korsetləri çıxartdı və paltarların uzunluğunu qısaltdı, bu da modelyerlərin narazılığına səbəb oldu.Sonra Vionne öz kolleksiyasını yaratdı. Paltarlar əyri şəkildə kəsdi , bu da məhsullara əlavə elastiklik qazandırdı.Madeleine Vionne paltarları əsl tapmaca idi. Bir çox müştəri bir paltarı geyinmək üçün dərziyə müraciyyət edirdi. 

   Madeline Vionne modadan belə deyirdi: “Mən həmişə modanın düşməni olmuşam.. Moda haqqında düşünmürəm, sadəcə paltar tikirəm.

Bir neçə min məhsuldan Vionne cox azı sağ qaldı.Bu məhsullar   indi Milan Paris, , Tokyo, Londondaki moda muzeylərini bəzəyir   

Miuccia Prada

Miuccia Prada, Prada'nın rəhbəri kimi tanınan bir İtalyan moda dizayneridir.Vaxtilə İtaliya Kommunist Partiyasının üzvü və səmimi bir tələbə olan Prada, 1978-ci ildə ailə şirkətinin idarəsini öz üzərinə götürdü.Bundan sonra Prada dahada zirvəyə qalxdı. Prada indi milyard dollarlıq bir şirkətdir.


Miuccia Prada dizayn üçün yaxşı təchiz olunmamışdı, lakin moda anlayışı qüsursuz idi. O, 1985-ci ildə həm ayaqqabı kolleksiyasını həm də markanın klassik çantalarını buraxdı. Klassik rəngləri, zəngin parçaları ilə geyim sektorunda zirvəyə qalxdı.

Yorum Gönder

0 Yorumlar