Ticker

6/recent/ticker-posts

Murad Hüseyn - Giedi brendi olaraq seqmentimizi və kolleksiyamızı dahada böyüdürük...

 

Murad Hüseyni biz moda dünyasında gördüyü işlər və işlərinə olan münasibətindən yetəri qədər tanyırıq.Hazırda oxuduğunuz bu hissə mənə ayrılan ,daha dolğun desək Murad Hüseyni ilə bağlı qısa açıqlama verməli olduğum hissədir.Lakin bu hissəyə bir o qədər yer ayırmağı düşünmürəm çünkü bu açıqlamanı olduqca səmimiyyəti ilə şəxsən özü bütün suallarımızda geniş açıqlama gətirib lakin mən bu hissəni Murad bəyin Giedi brendinin İnstagram hesabından sonuncu paylaşımı ilə sonlandırmaq istəyirəm.

"Və budur milli sərvətimiz, qürur mənbəyimiz ,adını səsləndirərkən belə fərəhləndiyimiz Şuşa şəhəri artıq yenidən bizimdir! Edəcəyim bir sıra tədbirlər və həyatımın "fashion show"su üçün gözlə Giedini Şuşa.Çox yaşa İlham Əliyev , çox yaşa Şuşa çox yaşa Azərbaycan!"

Müsahibəmiz daha çox Murad bəyin şəxsi fəaliyyəti və Giedi üzərindən aparılıb.Çoxda uzatmadan müsahibəmizi olduğu kimi sizə təqdim edirik.



1) Siz və yaratmış olduğunuz markanız barədə geniş məlumatımız olsada belə , Murad Hüseyn  və markası barədə elə Murad bəyin özündən qısa məlumat  almaq həm biz  həm də oxuyucularımız üçün daha maraqlı olardı.

- Əgər məndən gözlənilən daha nəzəri məlumatlardırsa, bunu məndən eşidmək biraz çətindi.Murad Hüseyn fashion designer, Giedi ise onun xeyyalarının gercəkləşdirilmiş formasıdır ki , xəyalım tək trendlərlə işləyib kolleksiya hazırlamaq deyil , xanımları hiss edib, öz güvənlərini ortaya çıxarmaq və onlar üçün işləməkdir.


1.       2) İlk sualımız biraz emosional olacaqdır, lakin bəlkədə müsahibə aldığımız bütün dizaynerlərimizə ünvanlamış olduğumuz bir sualdır - Murad bəyin ən çox sevdiyi və həssaslıqla işlədiyi dizaynın sahibi xüsusi bir şəxsdirmi ?

        - Xeyr heç bir kolleksiyamda xüsusi bir şəxsə ithaf edilməyib, əlbətdəki ilham aldığım insanlar var onların həyatından onları düşüncələrindən , lakin kolleksiyalarım ilhamı mənləşdirdikdən sonra ortaya    çıxır.Əgər bu şəxs özüm ola bilirəmsə o halda deyə bilərik  ki ,o xüsusi şəxs özüməm.


1.     3) Bir çox hallarda şahidi olmuşuq ki, yaradıcılar marka adlarını öz  ad və soyadlarından yaxud onların birləşməsindən ilhamlanaraq ərsəyə gətirirlər.Biz əminik ki ,  Giedi adınında  maraqlı bir  hekayəsi var. Bu hekayəni bizimlə bölüşə bilərsinizmi?

)     - Ümümiyyətlə markalaşma və brendləşmə anlayışının texniki tərəflərinə baxdıqda düzdü şəxsi adla əlaqələndirmək daha məqsədə uyğundur , lakin markanı hələ hec yaratmamışdan qabaq xidmət etməsini  istədiyim bir amal var idi ki , bu amala görə öz adımdan istifade etmək istəmədim. Giedi adina gəldikdə isə Giedi latin dilində alfada yerləşən ulduz adıdır ve gecəni temsil edir Giedi markasınında bilinən ehtirasli, şəhvətli  göstərən bir tərəfi olduğu artıq bir çox insana məkumdur. Gecənin ehtirasını ve duyğularını yansıdacaq ən uyğun  adın Giedi olduğunu düşündüm.


       4)Fikrinizcə moda dizayneri olmağın ən sevilən tərəfi nədir?  
jll    
       -)Hər sahənin ən sevilən tərəfi əlbətdəki , o insanın o sahəsini nə qədər sevməsindən aslıdır , lakin mənə görə moda dizayner olaraq insanları xoşbəxt və yuxarıda qeyd etdiyim  hissleri onlara bəxş etməkdir. Bunları edə  bilirəmsə , bu meni sevindirən ve sevilən edir ve məncədə elə sualın cavabida burda yatır.



    5) Dan Millmanın belə bir deyimi vardır.Hər şey asan olana qədər çətindir.Murad bəy necə , bu işə başlarkən hər hansı çətinliklərlə üzləşib?

         -Əlbətki həyat səni başqa yerə aparmağa çalışarkən sən öz xəyallarının arxası ilə getməyi seçirsənsə  o zaman cətinliklərdə çox olur , amma her dəfəsində bu işə niyə başladığımı düşünərək üstündən gəlməyə çalışıram . Çətinliklər yaşadığımız coğrafiyanı nəzərə alsaq həm maddi həm mənəvi əlbətdəki, bir sıra çətinliklər olub , lakin nəticədə elə bugün sizlə bu müsahibəni ediriksə səbəbi sadəcə mənim fashion designer olmağımdı deməkki , bütün çətinliklərə dəyər)

6) Uğurlu  moda dizayneri olmağın sizə görə sadə formulu varmı? Həmçinin moda dizaynerlərinin  olmazsa olmaz xüsusiyyətləri arasında daha çox hansı xüsusiyyətlər yer almalıdır?

 -  Ümümiyyətlə incəsənət sahəsinin digər sahələrdən başlıca fərqi məncə odurki bu sahədəykən sən həmdə  bütün sahələrdəsən hər zaman araşdırıcı öyrədici ve öyrənən olmalısan. Hər bir mövzuyla elaqəli fikirin ola biləcək qədər bilgiyə sahib olmalısan ki , bu daha rəngli ve çalarli, coxşaxəli dizayner olmağa gətirir ki, buda uğurlu olmağ üçün yətərli səbədir.


7) Dizayn tərtibatı zamanı yaradıcılıq yoxsa təhsil vacib rol oynayır?

 -Əlbətdəki yaradıcıllıqla təhsil düzmütənisibdir lakin bu da danılmaz faktdırkı təhsil limitliyə bilir insanı ama yaradəcılıq heç vaxt. Bu səbəbdən də , ikisidə önəmlidi sadəcə yaradıcılıq bir addim daha öndə olmalıdır.


1.       8) Giedidə diqqətimizi çəkən ən maraqlı məqam dizaynların çox hissəsini ana rəng tonları təşkil edir.Bu Giedinin özünəməxus tərzidir yoxsa bilmədiyimiz bir fərqlilik?

       - Ümumiyyətlə rəng tonlarını heç bir zaman hər hansı bir texnikaya uyğun olaraq düşünmürəm, hər nə qədər öz işimin təxnikasını bilsəmdə bu biraz hisslərlə bağlıdı.Görmək istədiyim rənglərlə xanımlara geyimlər bəxş edərkən, onların gözəlliyini geyimlə yarışdırmaqdan çox onların gözəlliyinə həm gözəllik qatmaq həmdə olan gözəlliklərini üzə çıxartmağa çalışıram məhz elə buna görədə rəng tonlarım daha ana tonlarda davam edir və  məncə ama bu o demək deyilki , həmişə belə davam edəcək


9 ) Bilirik ki , Giedi  ölkəmizdə moda sahəsinin lüks seqmentində yer alır.Bəs xarici bazarlar da eyni seqment üzrə satış kanallarınız mövcuddur?

    - Markam fəaliyyətə başladığı gündən bu vaxtadək heç vaxt özüm onu bir seqmentə salmağa calişmamışam bunu zaman veya markamı bəyənən kütlə edib ki , buda məni gözlədiyim ve istədiyim birşey idi. Digər qonşu ölkələrdədə kolleksiyalarım elə eyni segmentdə satışına davam edib keyfiyyət ve dizayn nə qədərki eynidi elə o qədər qiymət ölkələrə və ya yerlərə görə dəyişməyəcək ama bu yaxınlarda komandamla verdiyim bir qərarıda elə burda sizə deyimki bugünə qədər güclü qadınlar ücün kolleksiya hazırlayan Giedi markası artiq güclü olmaq istəyən qadınlarıda gözləyir.) Bir sözlə seqmentimizi ve kolleksiyalarımızı dahada böyüdürük. 


10) Covid-19 kimi nəyin ki, ölkəmiz  hətta dünya iqtisadiyyatının bütün sahələrinə  ciddi ölçüdə zərər vurmuş pandemiyanın hökm sürdüyü zamanda Giedinin satış dövrüyəsi sizə qane edirmi ?

-  Əlbətdəki , mövcud vəziyyət bizdəndə yan keçmədi , lakin 2020-ci ilin başından  Giedi üçün daha çox PR  ili olaraq düşündüyümüz  üçün planlarımızda bizi daha az ziyana apardığı bir gerçək varki buda bizim onsuzda hesabladığımız dövriyyə ilə düz mütənasiblik təşkil edir.

11) Azerbaijan Fashion Week tədbirində iştirakınızı bilirik .Maraqlı olan isə Giedi öz kolleksiyasını yalnız sizin hazırladığınız dizaynlar ilə nümayiş etdirirdi yoxsa bilmədiyimiz bir ortağınız varmı?

- Markanın tək sahibi mənəm və Giedi kolleksiyalarıda hələki yalnız mənim imzamla hazirlanir, əlbəttəki bir fashion designer olaraq həmdə CEO  Founder olmaq biraz işi çətinləşdirir ama hələki bərabər davam etdirə bilirəm.

12)  Kolleksiyalarınızın yaranma prosesi barədə danışa bilərsinizmi? Məsələn ilham mənbəyiləriniz?

 -Bütün güclü xanımlar ! mənim üçün ən önəmlisi budur. Oxucularınızdan mənim digər müsahibələrimi oxuyan varsa biləcək ki, məsələ burda C.Cabbarlının Sevil əsərindən gedir ümumiyyətlə mənim formalaşmağımda böyük payı olub. Hər zaman deyirəm mən hər yeni kolleksiya hazirlayanda Sevil üçün qardrob hazırlayıram və Sevil timsalında bütün güclü və özündən əmin xanımlara. Kolleksiya hazırlamaq əlbəttəki böyük bir vaxt alır hər nə qədər ilham mənbəyim eyni olsada bunun mövzusunu  dəqiqləşdirmək , texniki tərəfləri ve görsəllik ve bunların birləşmə müddəti uzun bir zaman olur bu minumum 1 maksimum 6 ay çəkə bilir.
      
   13) Birazda Giedinin gələcək planlarından danışaq.Yeni kolleksiyalar gözlənilirmi?
    
   - Gələcək planlarımız çoxdu bu biraz daha insanlara yaxın olmaq, əl çatan olmaqla bağlidir ki, məncə artiq zamanıdır . Əlbəttəki yeni kolleksiyalarımız var sadəcə dogru zamanı gozləyirik ki, təqdim edək və bununla yanaşı başqa daha fərqliliyimizi , bizim bu sahədəki biliyimizi ortaya qoyacaq planlarımızda var ki, İnşallah yaxın zamanda bunlarıda işıqlandıracaq deyə düşünürəm mənim gözəl komandam)


  14) Ənənəvi olar son sualmız olan dəyişmir. Bu sahədə addımlamaq istəyən və  yeni başlamaq niyyətində olan oxuyucularımıza  nə deyə bilərsiniz?

  - Məni tapsinlar)) bu istiqamətdə həqiqətəndə özlərini fashion designer olaraq görmək və yalnız bundan xoşbəxt olacağını düşünənlər varsa, hecnə düshünmədən sadəcə biliklərini artırıb bu sahənin dərinliklərini oyrensinlər cunki sonrası özü özlüyündən gələcək o zaman gəldiyində savadları və vizyonları ilə işığ saçmağın ləzzətini alsınlar.


Son olaraq bizə vaxtlarını ayırıb , bu müsahibənin baş tutmasına vəsilə olduqları üçün Nail bəyə həmçinin  xüsusi olaraq Murad Huseyniyə ModaMillion komandası adından təşəkkürümüzü bildiririk.

Müsahibə : Səbinə Abdullayeva
Layihə rəhbəri : S.Guliyef




















 











1







 

 


Yorum Gönder

0 Yorumlar