Yaz-yay aylarının əvəz olunmaz aksesuarlarından biri günəş eynəkləridirki, bu eynəklərində model və rəng baxımından ceşidinin çox olması düzgün seçim etməyimizi nisbətən çətinləşdirir.Bu məqalədə üz quruluşunuza uyğun düzgün eynək
modelini seçməyə kömək edəcək çox uzun olmayan bu məqalədə əhəmiyyətli məsələlərdən söz açacayıq.
Üçbucaq üz
Geniş çənəniz və dar alnınız varsa, demək ki, siz
üçbucaqlı üz formasına sahibsiniz.Siz
eynək seçimi edərkən eynəklərin altındakı çərçivə olduqca incə, üst hissələr isə
əksinə, qalın olmalıdır .Çərçivələrin yuxarı künclərində qalınlıq artdıqda,
bunun sizə daha çox uyğun olduğunu görəcəksiniz.
Kvadrat üz
Kvadrat üz üzün uzunluğu demək olar ki, yanaqların eni ilə
eyni çənə xətti, yanaqlar və alın demək olar ki eyni genişlikdə olmaqla fərlənir
Bu üz qurluşuna sahib insanlar dar ,oval və ya düzbucaqlı çərçivəli eynəkləri seçməkləri daha məqsədə uyğun hesab edilir , lakin kəskin künclər yox daha yuvarlaq uclara sahib olduqlarından əmin olmaqlaqlarına diqqət yetirməlidirlər.
Yumru üz
Üzü yumru olanlar üçün əvvəlcə yumru olmayan bir
eynək seçmələri lazım olduğunu bildirməliyik. Düzbucaqlı və ya sərt küncləri
olan qalın haşiyəli eynəklər idealdır. Üzləri yumru olanlar üçün dairəvi
xətləri olan eynəklərə üstünlük verməkləri xoşagəlimi olmaya bilər.
Oval üz
Oval üz ideal üz forması hesab olunur. Asanlıqla demək
olar ki, bütün növ eynəkləri daşıyır.
Yuvarlaq küncləri olan qalın çərçivəli eynəklərə
üstünlük vermək sizi dahada fərqli göstərəcəkdir
Almas üz
Geniş yanaq sümükləri, gözə çarpan sivri çənə
və biraz arıq alın.
Küncləri yuvarlaq, yanaqlarınızdan daha geniş
olmayan eynəklər seçin, daha az gövdəli modellərdən və naxışlı eynəklərdən istifadə
etməməyinizi tövsiyə edirik.
0 Yorumlar