ModaMillion komandası olaraq bu dəfə çox israr ilə arzuladığımız Tuva Collection markasının qurucusu və sahibi , Şəbnəm Bayramova ilə xoş müsahibəmiz baş tutdu və güman edirəmki bu sahəyə marağı olan, modanı sevən və gələcəyini bu istiqamətdə görən hər bir oxucumuza müsbət nəticələr qazandıracaq.
1.İlk olaraq bizə biraz Şəbnəm Bayramovadan danışın.Əminəmki sizi sizdən
dinləmək daha maraqlı olar
- Şəbnəm Bayramova hazırda moda sahəsində sahibkardır. İlk ali təhsilimi UNEC-Marketing sahəsi üzrə bitirdikdən sonra, M Fashion institute - Sketching üzrə təhsil almağa başladım, əlavə olaraq M Fashion institute - Dressmaking üzrə də təhsili bitirdikdən sonra , bir çox online kurs vasitəsilə özümü inkişaf elətdirməyə davam edirəm. Hazırda isə modanın yüksək səviyyədə inkişaf etdiyi ölkələrdən birində təhsil almaq üçün hazırlıqlarımı davam etdirirəm.
2.Bildiyimiz üzrə ailəlisiniz,iş və ailə münasibətlərinizi birlikdə idarə etmək sizin
üçün hər hansısa bir çətinlik yaradırmı?
-Ailə insanın işi üçün maneə yox əlavə bir dəstəkdir deyə düşünürəm. Bu dəstəyi də yetərincə hiss edirəm
3.Şəxsi instagram səhifənizi biraz gözdən keçirdik ve daha çox diqqətimizi çəkən
filimlərə olan marağınız oldu.Bəs Şəbnəm xanımın ən sevdiyi film hansıdır? Ən
marağlısı isə hansı filmdə baş rolda olmaq istərdiniz?
- " Life is beautiful" - 1997 Mene ən çox təsir edən və heç bir səhnəsini unutmadığın filmlərdən 1-cisidir deyə bilərəm."Papillon" 2017 isə ümidin heç vaxt bitməməli olduğunu sübut edən filmdir.Əsasən 2ci dünya müharibəsinə aid bütün filmləri sevirəm.
4.Sizin həyatınızda uğurun bəxt ilə bağlılığı varmı?
-Şansımın olduğunu düşünən insanlardam. Ancaq müvəffəqiyyətimin detalçı olmağım ilə əlaqəsi daha çoxdur deyə bilərəm.
5.Əminəmki , “Tuva” Bu adın bir hekayəsi var.Niyə markanıza məhz bu adı seçim
etdiniz?
-Bir neçə anlamı var. Ailə mənim üçün həyatdakı ən vacib amildir. " TUVA" isə ailə fərdlərimin adlarının baş hərfləridir. İlk soyadımın "Teymurova" qısalmasıdır. Ən əsası isə "təriflənmiş" və " zövq almaq" anlamına gəlir.
6.Bir dizaynerin ən vacib qabiliyyəti mən deyərdimki yaradıcı düşünmək
qabliyyətidirki, bu da özlüyündə təbiki nələrdənsə ilham almaqla yaranır.Bəs sizin
ilham mənbələriniz hansılardır ?Necə olurki o görüntü gözünüzdə canlanır.
-Anamın və ailə böyüklərimin gənclik geyimlərindən ilhamlandığımı düşünürəm. Hətta nəyinki qadınlar hətta babamın gənclik geyimlərinin bir çox detallarını da kolleksiyadaki bəzi geyimlərə tədbiq etmişəm və bu gözlədiyimdən də uğurlu alınıb.
7.Moda içində olmadıqca çox rənarəng görsənə bilər, lakin bir çoxumuz razı olarki
çox zəhmətli işdir. Özünüzdə lazım olan enerjini və motivasiyanı necə tapırsınız?
-Əlbəttə ki, müştərilərin müsbət geri dönüşlərindən. Ən əsası isə TUVA -dan geyinmiş bir qadının özünə inamından.
8.Şəbnəm Bayramova ziyafət geyim seçimində daha çox TUVA brendinin
geyimlərinə yoxsa digər markalara üstünlük verir?-Geyimlərinin 90%-i öz kolleksiyamdandir deyə bilərəm. İlk dizaynımı isə ailədən qalma yataq örtüsü və süfrədən hazırlayaraq xüsusi təşkil olunmuş Hindistan gecəsinə geyinərək bir çox tərif aldığımı da etiraf edirəm.
9.Moda ,ən sürətlə inkişaf edən sektorlardan biridir. Fikrinizcə hazırda
Azərbaycanda moda sahəsi inkişafa doğru gedirmi? Bu sahədə qərblə bizi
müqayisə olunmaz dərəcədə olan fərqə gətrib çıxaran çatışmamazlıqlar
hansırlardır
-Geri qalma səbəblərindən ilki , yetərincə maariflənməmiş təbəqənin , yerli brand-lərə olan güvənsizliyidir deyə bilərəm. Ancaq hazırda görülməmiş dərəcədə sürətli inkişafi göz ardı etmək mümkün deyil. Çünki artıq insanlar dizayner geyimlərinin üstünlüklərini dərk edirlər. Xüsusi dizayn olduğunu, limitli və uzun müddətdə xüsusi işçilikle hazırlandığını şahidi olurlar. Yerli brand-lərdən üstün tutulan bəzi xarici hazır geyim brand-larin 1000 ədəd birdən kəsilərək 5-10deqiqe kimi az vaxtda , cüzi ödənişlərlə istismar olunan işçi qüvvəsi ilə hazırlandığını xatırlatmaq istəyirəm. Bu cür hazırlanma prosesi ilə keyfiyyətli məhsuldan söz gedə bilməz. Hazırda isə müraciət etdiyimiz kontingentin intellektual cəhətdən zəngin olması gördüyümüz işin nə qədər yüksək səviyyəli olmasını sübut edir.


10.Bizə biraz TUVA markasının hazırkı mövqeyi və gələcəyindən bəhs
edin.Bildiyimiz qədəriylə hazırda payız kolleksiyası üzərində tam həcmli işləriniz
davam edir.Bununla bağlı hər hansı təqdimat gözlənilirmi?
-Hazırda gözləniləndən daha çox marağın olduğunu deyə bilərəm. Bu uğurun səbəbi isə sahibkar və dizayner olaraq özümü bu brand-in müştərisi olaraq görərək, "biz qadınlar nə istəyirik?" sualını verə bilməkdir. Bir çox müştərinizdən gələn geri donüşlərdə isə bu cümləyə dəfələrlə rast gelmişəm. " Bu brand-in geyimlərində insan özünü ideal bədən ölçülərində hiss edir." Əlavə olaraq bəli, hazırda payız kolleksiyası təqdimata hazırlanır. Yenilik barədə onu deyə bilərəm ki, çeşid sayını artırmaq üzərində işləyirik.
11.Pandemiya ilə bağlı onlayn satışlar heç vaxt olmadığı kimi artış göstərdi. Eyni
vəziyyət həmçinin sizin satışlarada təsir göstərdi yoxsa bazar seqmentinizin buna
ehtiyyacı yoxdur?
-Online satış olmadan geyim ticarət növünü təsəvvür etmək mümkün deyil. Elə "Tuva collection" ilk addımlarını online satış vasitəsilə atıb. Pandemiyadan öncə və sonra da bu satış növü aktual olaraq qalır.
12.Tərəfimizdən yerli markaların yer alacağı tədbir baş tutacaq.Yerli dizaynerlərin
bir birlərini tanımısı dostuq və rəqabətin inkişafınada qismən təsir edəcək deyə
düşünürəm.Fikrinizcə belə bir tədbirə ehtiyyac varmı?
-Daxil olduğumuz bazarı araşdırmaq işimizin ən önəmli hissələrindən biridir. Tanımaq və tanıtmaq cəhətdən də təşkil olunacaq tədbirin verimli olacağını düşünürəm.

13.Son olaraq TUVA brendinin öz müştərilərinə bu mövsüm hər hansı surprizi
olacaqmı?
-Bəli, müştərilərin artan tələbi ilə artıq kolleksiya 1 yox 2 showroom-da təqdim olunacaq. Yeni showroom fəaliyyəti payız aylarında müştərilərə təqdim olunacaq.
www.modamillion.com
0 Yorumlar