Selin Akkush ilə tanışlığımızın üzərindən nə qısa nə uzun artıq iki il keçib. ModaMillion Fashion Magazine nəznində fəaliyyət göstərən "ModaMillion Fashion School" dəb tədrisi məktəbində "Moda eskizi və tikiş texnikaları" ixtisası üzrə təhsil almışdır. Bizim üçün çox sevindirici bir haldır ki, ilk addımlarını bizimlə addımlayan tələbimizlə artıq müsahibə alaraq uğurlarını bölüşürük. Düşünürəmki bu mövzuda ayrıca bir məqalə pis olmazdı. Və nəhayət keçid edək müsahibəmizə :
1.Selin xanım, bizə biraz özünüz və MARGDAS markası barədə ilkin məlumat verin?
- Demək olarki, 13 yaşında öz istəyim həmçinin birazda atamın təkidi üzərinə “Gəncə-Yüksək Texniki peşə üzrə” təhsil almağa başladım. Hər kəsin arzuladığı və yaşamaq istədiyi xəyalları var. Mən də həmçinin xaricdə baş tutan dəb həftələrində olmaq xəyalları ilə böyüdüm. Demək olarkı hətta bu sahənin ruhu məni hədsiz qədər əfsunlamışdı. Kiçik də olsa addımlar atmalı idim. İlk fiziki fəaliyyətim "ModaMillion Fashion School" dəb məktəbinə daxil olmağım və oranı layiqincə bitirməyim oldu. Bu kiçik addımlar zəncirvarı prosesləri tamamlayaraq "Margdas" markasının təməlini qoymuş oldu. Artıq 2 ilə yaxındır bu sahə ilə bütünləşmişəm. MARGDAS markasına gəldikdə isə artıq hesab edirdimki illərin əməyini insanların üzərində görmək məni daha çox xoşbəxt edəcək .Elə minvalla da markanı ərsəyə gətirmək qərarını aldım.Düşünürəm digər addımları sözlə deyil markanın görsəlliyi ilə ictimaiətə bəyan edəcəyik.
2.Qərbdə dəb inkişafı və ölkəmizdə dəbin əsas proritetləri barədə düşünürsünüz?
- Hesab etmək olar ki qərblə müqayisədə razılaşmalıyıq ki nisbətən geridəyik. Buna misal olaraq qlobal markaları nümunə çəkmək olar lakin sevindirici hal ondan ibarətdir ki son 10 ilə nəzərən yerli markalara o cümlədən moda evlərinə diqqət artmışdır. Təbii ki bu artışda özünü bizim kimi marka sahibi olanlara həmçinin moda evlərində yaxşı mənada hiss olunmaqdadır.Son olaraq da bu gedişat təbiki bizim leyhimizədir. Hesab edirəm stok deyil individuallıq daha çox diqqət mərkəzindədir.
3. Dəb trendini əvvəlcədən təxmin edib yaradıcı işlər görmək mümkündür yoxsa ümumi qəbul edilmiş trendin üzərindən getmək?
- Qabaqlayıcı dəb praqnozu vermək üçün hesab edirəm bu ilin rəng tonlarına və naxışlarına nəzər yetirmək kifayət edə bilər. Lakin yenədə tam doğru rəy bildirmək üçün biraz daha çox analitik işlər aparılmalıdı deyə düşünürəm .Məncədə insan özünə yaraşanı geyinməlidir. Fəqət mənim düşüncələrim hər zaman işin yaradıcılıq və kreativlik tərəfindən yana olub.Və əlavə edimki markanın ilkin təqdimat günündədə bunun şahidi olacaqsınız.
4.MARGDAS-la bağlı xüsusi hərfi məna varmı?
- Bunu bir mənalı olaraq öz əməyimin qarşılığı şəklində gördüyümdən bu adı seçdim. Lakin mən seçimimdə daha çox Maria Magdelanın sevdiyim üçün eləcədə mənə özəl olan digər elementləri cəmləşdirdiyimdən bu adı təsdiqləmək qərarına gəldim.
5.Markanın gələcək perspektivləri barədə düşüncələriniz necədir?
- Hələki qarşımızdakı ən böyük yenilik markanın təqdimat günüdür. Hansıkı bu tədbirin mahiyyəti məni daha çox düşündürür. Markanın insanlarda ilk vizual təsəvvürü məhz bu təqdimata bağlıdır.. Lakin qeyd edimki elə qarşımızdakı aylarda iki reputasiyalı tədbirdən dəvət almışıq yəqinki yaxın günlərdə bu barədədə geniş məlumat veriləcəkdir.
6. Geyimdə kreativlik ilk öncə hardan başlayır?
- Ümumi olaraq rənglərlə oynamaq həmçinin onları geyimdə manipulyasiya etmək çox xoşuma gəlir. Lakin razılaşmaq lazımdır ki, biz həm özümüzə hətta cəmiyyətə xitab edirik. Bəzi səbəblərdə markalar mövzularda həssas olmalıdır. Çünkü zövqlər müxtəlifdir. Markalar insanların zövqünü oxşamalı və naxışların seçimində diqqətcil olmalıdırlar. Təbiki kreativlik ilk eskizdən daha sonra ardıcıl olaraq bütün proseslərdə özünü birüzə verməlidir
7.Dəb dizayneri olmağın ən sevilən tərəfi nədir?
- Əslində bu sualı daha əvvəl gözləyirdim. Qeyd edimki bu sualın cavabı bilavəsitə bu peşəni sevməyimində cavabıdır. Hətta bəzən insanları geyimlərim ilə təəccübləndirmək çox xoşuma gəlir. Gəlin razılaşaqki təriflənmək, xoş sözlər eşitmək hər birimiz üçün sevindirici haldır. Mənə çox xoş gəlirki insanlar mənim geyimlərdə özlərini özəl hiss edirlər bu onların günlərinin xoş keçməsinə vəsilə olur. Ona görədə dəb dizayneri olmağının mənim üçün ən sevilən tərəfi insanları özəl hiss elətdirə bilməyimə vasitəçi olmaqdır.
0 Yorumlar