ModaMillion Fashion Magazine təsisçiliyi və Unity Company təşkilatçılığı ilə baş tutan “Founder Of Brand” layihəsinin ilk konfrans günü baş tutmuşdur. Tədbirin əsas mahiyyəti dəb dünyasında ilkin addımlarını atmaq istəyən lakin haradan və necə başlayacağını bilməyən namizədlərə zəruri informasiyaların verilməsi eləcədə daha geniş iş əlaqələrinin inkişafı üçün iştirakçıların bir birini tanıması məqsədi daşıyır. Tədbirin planına uyğun olaraq ilkin çıxış nitqini bizə bu münbit şəraiti yaratmış olan Unity Company təsisçi Fikrət bəy Əliyevə verildi.
Fikrət bəy və təsisçisi olduğu Unity Company haqqında haqqında bir sıra məlumatları sizinlə bölüşmək istərdim. Sahibkarlıq fəaliyyətində sözün əsl mənasında özünü subut etmiş sahibkar olmaqla yanaşı milliyətçi ruhda olmağı ilə daha çox seçilir. Beləki, Fikrət bəy 20 ildən artıq bir müddətdir ki, YAP-nın aktiv üzvüdür. Özünün eləcə təsisçisi olduğu şirkətin 100-dən çox müxtəlif sosial və ictimai layihələrə maddi və mənəvi dəstəyi olmuşdurki bu siyahını yazmaqla bitirmək çətin olar. Bu səbəbdən layihəyə yaradılan şərait üçün Fikrət bəyə eləcədə bu işlərin təşkilatçılığında mühüm yer tutan Zərifə xanım Arzumanovaya ModaMillion Fashion Magazine adından təşəkkürümüzü bildririk!![]() |
Daha sonra tədbir layihə rəhbəri Sadiq Quliyev ilə iştirakçılar arasında tədbir planına uyğun olaraq sual cavab əsasında davam etdi. Ünvanlan bütün suallara yerində və dolğun şəkildə cavablar təqdim olundu.Belə tədbirlərin mövcudluğu və inkişafı Azərbaycan dəb endüstriyası üçün olduqca təqdirə layiq bir haldır. Hesab edirəm bu layihənin davamı daha şaxəli və iri həcmdə baş tutacaqdır. Yekun olaraq ModaMillion və Unity Company rəhbərliyinə həmçinin səhnəarxası əməyi keçən bütün dostlarımıza xüsusi təşəkkürümü bildirirəm!
Son olaraq Unity Company rəhbərliyinin eləcədə Zərifə xanımın şəxsi təşəbbüsü ilə dəyərli qonaqlarımıza eləcədə daha aktiv iştirakçılarımıza müxtəlif hədiyyə və ModaMillion tərəfindən hazırlanan Sertifikatlar təqdim olunmuşdur!
Müəllif : Səbinə Abdullayeva
Layihə rəhbəri : S.Guliyef
ModaMillion Fashion Magazine
Baku / Azerbaijan
+994 55 259 38 62
0 Yorumlar