- Mən, Zərifə Arzumanova, Bakı şəhərində anadan olmuşam. 38 yaşım var. Tibb ixtisasına qəbul olsam da, tələbəlik dövründən etibarən özümü daha çox marketinq sahəsində gördüyüm üçün bu sahəni sınamaq qərarına gəldim. Karyerama ilk dəfə farmakoloji şirkətdə tibbi nümayəndə kimi başladım. Hazırda isə həmin sahədə direktor olaraq çalışıram. Artıq 18-19 ilə yaxındır ki, farmakoloji sahədə fəaliyyət göstərirəm.
Bir gün qərar verdim ki, özümə məxsus, xəyallarımı əks etdirən bir brend yaradam. Beləcə "ARZA Group" dünyaya gəldi.
Brendimizin əsas ilham mənbəyi 90-cı illərlə 2000-ci illərin dəbinin vəhdətidir. Mənim düşüncəmə görə, hər bir qadın öz bədənini tanımalı, ölçülərini düzgün seçməlidir. Əgər bunu özü bacarmırsa, mütəxəssislərə müraciət etməlidir.
2. 2025-ci ilin dəbi ilə əlaqədar sizdən qabaqlayıcı fikir ala bilərik?
2025-ci ildə daha uzun geyimlərin ön planda olacağını düşünürəm. Geyimlərdə maksimum 3 rəngin istifadəsi daha çox yayılacaq və bu rənglər bir-biri ilə harmoniyada olacaq.
3. Markanıza niyə məhz bu adı seçim etmisiz?
"ARZA Group" adı həm ad və soyadımı özündə əks etdirir, həm də vətənimizin – Azərbaycanın adına yaxın və yaddaqalan bir ad kimi seçilib.
Yaxın zamanlarda yeniliklərimizi sizə təqdim edəcəyik. Hazırda yeni kolleksiya üzərində çalışırıq. Eyni zamanda qeyd etmək istəyirəm ki, "ARZA Group" olaraq bir neçə mükafata layiq görülmüşük.
4. Rənglərin ahəngində ən çox üstünlük verdiyiniz rəng hansılardır?
Kolleksiyamızda çalışırıq ki, çox qarışıq tonlardan uzaq duraq. Tonlar bir-birinə zərif keçid edən şəkildə seçilir. Bizim məqsədimiz qadınların zövqlə geyinməsi və gözəlliklərini ön plana çıxarmaqdır.
5. Dəb dizayneri olmağın ən sevilən tərəfi nədir?
Düşünürəm ki, dəb dizayneri olmağın üstünlüyü ondadır ki, bizi seçərək müraciət edən xanımlar bizim zövqümüzə güvənərək gözəl görünürlər. Onlar gözəl göründükcə biz də daha çox motivasiya alırıq və daha mükəmməl kolleksiyalar yaratmağa davam edirik.
6. Sizin fikrinizcə dəb dizayn tərtibatı zamanı yaradıcılıq yoxsa təhsil vacib rol oynayır?
Bəli, dizayner yaradıcı olmaqla yanaşı təhsillidə olmalıdır. Əgər yaradıcı deyilsə, yenilikçi də olmayacaq – bu isə təkrarlanan işlərə səbəb olacaq. Biz "ARZA Group" olaraq daim yeniliyə və zövqlü görünüşə önəm veririk.
0 Yorumlar